14:47 04-12-2021
news_image
156
FUTBOL

“Səbail”də koronavirus şübhəsi

Premyer Liqanın bu gün keçiriləcək XIII turunun “Keşlə” ilə oyunu ərəfəsində “Səbail” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyev təcrübəli hücumçusu Rauf Əliyevin xidmətindən məhrum olub.

Forvard sağlamlığındakı problem üzündən heyətdən kənar qalıb. Soyuqlama səbəbindən oyunda iştirak etməyəcək futbolçuda koronavirus şübhəsi də istisna deyil. Böyük ehtimalla hücumçunun durumuna test verdikdən sonra aydınlıq gələcək.

Ondan başqa, daha üç oyunçu “Səbail”ə kömək etməyəcək. Nikolas Raysel cəza, Vidadi Cəfərov və Elmir Tağıyev zədə səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, autsayderlərin oyunu saat 16:00-da başlayacaq.