15:58 04-12-2021
news_image
199
FUTBOL

De Byazinin silahları

Azərbaycan millisinin müqaviləsi uzadılan baş məşqçisi Canni de Byazinin rəhbərliyi altında 13 qol vurulub.

Apasport.az saytının məlumatına görə, italiyalının baş məşqçiliyi dövründə 5 futbolçu qol sevinci yaşayıb.

Onun qol silahları arasında ən effektlisi Emin Mahmudovdur. De Byazini sevindirən 13 qolun yarıdan çoxuna yarımmüdafiəçi imza atıb.

Rusiya futbolunun yetişdirdiyi, lakin millimizdə oynamağa üstünlük verən digər yığma üzvü Ramil Şeydayev 3 dəfə fərqlənib.

De Byazinin qol silahları
1. Emin Mahmudov - 7
2. Ramil Şeydayev - 3
3-5. Azər Salahlı - 1
3-5. Maksim Medvedev - 1
3-5. Bədavi Hüseynov – 1