00:45 05-12-2021
news_image
238
FUTBOL

“Barselona”nın Kavani planı

Edinson Kavanini heyətinə qatmaq istəyən “Barselona”nın transferlə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi uruqvaylı hücumçu üçün təklif hazırlayıb.

La Liqa təmsilçisi Kavanini əldə etmək üçün onun məxsus olduğu “Mançester Yunayted”ə Filippe Koutinyonu verməyə razıdır. Düzdür, barselonalılar futbolçunu yayda azad agent kimi də sıralarına qata bilər. Lakin Koutinyonu göndərməyi planlaşdıran klub rəhbərliyi oyunçu dəyişikliyini qışda da reallaşdıra biləcəyinə ümid edir. Bu, həm maaş cədvəlindəki yükləməni azaldacaq, həm də Kavani üçün ödəniləcək məbləği aşağı salacaq.

Qeyd edək ki, cari mövsümdə Kavani 8 oyunda 1, Koutinyo 13 matçda 2 qol vurub.