20:56 04-12-2021
news_image
367
FUTBOL

“Sabah”ın baş məşqçisi: “Komandamızı gücləndirə biləcək yeni oyunçu istəyərik”

“Rəqib bütün komponentlərdə güclü idi və layiqli qələbə qazandı”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Premyer Liqanın XIII turunun “Qarabağ”la görüşü barədə fikirlərini “CBC Sport”a açıqlayıb. O, 5:1 hesablı məğlubiyyətə şərh verib: “Rəqibə daha çox “hörmət elədik”. Həlledici epizodlarda rəqibə uduzduq. Buna görə də daha artıq nəticəyə nail ola bilmədik. “Qarabağ” yaxşı təşkil olunmuş, hücum futboluna üstünlük verən komandadır. Hər iki cinah müdafiəçisi çox fəal oyun göstərir. Tez-tez mövqe dəyişiklikləri edirlər. Rəqib fərdi keyfiyyətləri üstün olan futbolçulara da malikdir. Hər dəfə eyni sual verilir. Əlbəttə, imkan olsa, komandamızı gücləndirə biləcək yeni oyunçu istəyərik. Lakin indidən bu barədə danışmaq istəmirəm”.

Musayev Şpiro Periçiçin heyətə düşməməsinə də aydınlıq gətirib: “Bizdə son üç matçda müdafiədə Bəxtiyarla Zuraba üstünlük veririk. Müdafiənin mərkəzi kimi həssas mövqedə rotasiya etmək istəmədim. Bugünkü əsas problemimiz psixoloji idi. Amma rəqibin də gücü nəzərə alınmalıdır”.