19:09 05-12-2021
news_image
215
FUTBOL

“Bazel” “Qarabağ”la oyunöncəsi büdrədi

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, komanda İsveçrə Super Liqasının XVI turunda “Lozanna” ilə qarşılaşıb.

“Sent Yakob-Park”da rəqibini qəbul edən Patrik Rahmenin yetirmələri ortabab “Lozanna”nın müqavimətini qıra bilməyib. “Qarabağ”la görüş öncəsi son dəqiqələrdə gələn qarşılıqlı qollarla 1:1 hesablı bərabərə qalan “Bazel” çempionluq yolunda büdrəyib. Bununla aktivində 30 xalla ikinci pillədə qərarlaşan komanda lider “Sürix”dən 4 xal geri qalır.

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da bu arenada keçiriləcək. Son tur öncəsi hər iki komandanın aktivində 11 xal var. Azərbaycan təmsilçisi qrupda birinci yeri tutmaq üçün səfərdə qələbə qazanmalıdır.