22:04 05-12-2021
news_image
379
FUTBOL

Namik Ələskərov qol vurdu, “Bursaspor” səfər qələbəsi qazandı

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə TFF I Liqasında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı forvardın komandası “Bursaspor” XV tur çərçivəsində “Dənizlispor”un qonağı olub.

Görüş Namik və komandası üçün uğurlu alınıb. Start heyətində meydana daxil olan və 88 dəqiqə mübarizə aparan Ələskərov 40-cı dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. “Bursaspor” isə Dənizlidən 3:1 hesablı qələbə ilə ayrılıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 17-yə çatdıran “Bursaspor” turnir cədvəlində 13-cü pilləyə yüksəlib.