09:59 06-12-2021
news_image
157
DİGƏR NÖVLƏR

Mariana Vasileva: “Azərbaycan idmanının inkişafı üçün bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”

“Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir”.

Apasport.az saytının məlumatına görə, bu sözlər gənclər və idman nazirinin müavini vəzifəsinə yenicə təyin olunan Mariana Vasilevaya məxsusdur.

Bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi feysbuk səhifəsindəki paylaşımı zamanı bu vəzifəyə təyinatından yazıb. Bolqarıstanlı mütəxəssis göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: “Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm. Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”.

Qeyd edək ki, Mariana Vasileva 2007-ci ildən Azərbaycanda çalışır. O, bədii gimnastika üzrə millimizdə iki il məşqçilik etdikdən sonra 2009-cu ildən əsas baş məşqçi vəzifəsində çalışır.