00:00 07-12-2021
news_image

Azərbaycan cüdosunun dünyadakı mövqeyi açıqlandı

Cüdo yığmalarının 2021-ci il üçün yekun medal sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, il ərzində beynəlxalq yarışlarda tatamı üzərinə çıxan 130 ölkədən 101-nin üzvləri medal qazana bilib.

Çempionluq sevinci isə yalnız 69 yığma təmsilçilərinə nəsib olub. Rusiya cüdoçuları ili zirvədə başa vurub. 197 medal qazanan şimallılar 66 qızıla sevinib.

Azərbaycan cədvəldə 10-cudur. Cüdoçularımız il ərzində 72 medal qazanıblar. Bunun 19-u qızıl, 18-i gümüş və 35-i bürüncdür.

Koronavirus pandemiyası üzündən əksər yarışların baş tutmadığı, cüdoçulaırn tam hazırlıq keçə bilmədiyi 2020-ci ildə yığmamız 24-cü idi. Həmin vaxt idmançılarımız 4 qızıl, 12 gümüş və 17 bürünclə kifayətlənib.

Qeyd edək ki, hesablama zamanı təkcə böyüklər deyil, gənclər, veteranlar və paracüdoçuların da nəticələri nəzərə alınıb.

yer

ölkə

qızıl

gümüş

bürünc

1

Rusiya

66

52

79

2

Fransa

57

61

81

3

Yaponiya

45

18

13

4

Özbəkistan

37

29

54

5

Qazaxıstan

35

50

80

6

Gürcüstan

31

31

44

7

İtaliya

30

34

46

8

Niderland

29

25

55

9

Braziliya

29

16

26

10

Azərbaycan

19

18

35