14:22 06-12-2021
news_image
481
FUTBOL

Futbol dünyası bu qoldan danışır: Bir qapıçının xəbəri yox imiş - VİDEO

Kolumbiyanın II liqasında “Llaneros”la “Union Maqdalena” arasında keçirilən oyunda vurulan qol ciddi söz-söhbətə səbəb olub.

Apasport.az saytının məlumatına görə, ən yaxın izləyicisinin məğlubiyyətinin ardından I liqaya yüksəlmək şansı yaranan “Union Maqdalena” hesabda geridə olduğu görüşün 90+5 və 90+6-cı dəqiqələrində vurduğu qollarla qələbə qazanıb.

Ancaq qarşılaşmadakı son qol zamanı “Llaneros” futbolçularının topu almaq üçün mübarizə aparmaması və topu buraxmaq üçün əllərindən gələni etməsi diqqətdən qaçmayıb. Kolumbiya Peşəkar Futbolçular Birliyi görüşün ardından buna sərt şəkildə narazılığını bildirib. Qurum danışılmış oyun olduğunu düşünərək, bununla bağlı araşdırma aparmağı tələb edib.

Bir çox dünya ulduzları da qolla bağlı sosial şəbəkədə paylaşım edərək, narazılığını dilə gətirib.

Pley-offu ikinci pillədə tamamlayan “Fortaleza”nın baş məşqçisi isə oyundan sonra mətbuat önündə ağlayaraq, haqlarının yeyildiyini söyləyib.