17:11 07-12-2021
news_image
691
TOP OYUNLARI

Azərbaycan Macarıstan və Ukrayna ilə eyni qrupda – püşk atıldı

Voleybol üzrə Avropa Liqasının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının 2022-ci ildəki turnirdəki rəqibləri bəlli olub.

Qadın millimiz Qızıl Avropa Liqasında mübarizə aparacaq. Yığmamız C qrupunda yer alıb. Voleybolçularımız Ukrayna, Macarıstan və Rumıniya ilə oyunlarda qüvvəsini sınayacaq.

Yığmamız mükafatlar uğrunda mübarizə aparmaq üçün qrup qalibi olmalıdır. İki dövrəlik dairəvi sistemli qrup mərhələsindən sonra 1-ci yer tutanlar və meydan sahibi “Dördlər finalı”nda yarışacaq. Meydan sahibi qrupunda qalib olarsa, ikinci yer həlledici raundda oynayacaq. Qadınların yarışında turnirə Ukrayna ev sahibliyi edəcəyindən millimiz bu rəqibdən sonra qrup ikincisi də ola bilər.

Kişi voleybolçularımız Gümüş Avropa Liqasında çıxış edəcək. Komandamız B qrupunda Macarıstan və Finlandiya ilə mübarizə aparacaq. Burada iki qrupda keçiriləcək mərhələdən sonra Macarıstan “Dördlər finalı”nı qəbul edəcək.

Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək.