23:17 07-12-2021
news_image
209
FUTBOL

Vialli klub prezidenti olur

“Sampdoriya”nın prezidenti postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, klubun və İtaliya yığmasının sabiq futbolçusu Canluka Vialli bu vəzifəni tuta bilər. 

Maliyyə cinayətləri üzündən həbs olunan Massimo Ferrero artıq klubun prezidenti vəzifəsini tərk edib. Necə müddətdir Genuya təmsilçisini almaqla bağlı danışıqlar aparan “Dinan-Vialli group”un yaxın müddətdə klubun sahibi olacağı gözlənilir.

Qeyd edək ki, Vialli 1984-92-ci illərdə “Sampdoriya”nın formasını geyinib. O, bu komandada ölkə çempionu, kubokun üçqat qalibi, Superkubokun sahibi olub və Kuboklar kubokunu qazanıb.