09:26 08-12-2021
news_image

4 çəkidə Azərbaycanın ən güclü cüdoçuları - ADLAR

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan kuboku yarışına start verilib. 

Apasport.az saytının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 4 çəki dərəcəsində qaliblər bəlli olub. 

Qadınlar arasında 48 kq (11 iştirakçı) və 63 kq (8 iştirakçı), kişilər arasında isə 60 kq (56 iştirakçı) və 81 kq (37 iştirakçı) çəki dərəcələrində görüşlər keçirilib.

Qadınlar
48 kq

1. Aydan Vəliyeva (Neftçi İdman Klubu)
2. Könül Əliyeva (Gəncə şəhəri)
3. Şəfəq Həmidova (Atilla İdman Klubu)
3. Ayşə Qurbanlı (Neftçi İdman Klubu)

63 kq
1. Aytac Qardaşxanlı (Balaxanı Olimpiya İdman Kompleksi)
2. Diana Şoranova (Kanokan-TT İdman Klubu)
3. Leyla Hüseynova (Zirvə İdman Klubu, Abşeron)
3. Nərgiz Hacıyeva (2012 Cüdo Klubu)

Kişilər
60 kq

1. Balabəy Ağayev (Neftçi İdman Klubu)
2. Rövşən Əliyev (Neftçi İdman Klubu)
3. Nazir Talıbov (Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu)
3. Əhməd Yusifov (Neftçi İdman Klubu)

81 kq
1. Elcan Hacıyev (Şahin İdman Klubu)
2. Məhərrəm İmamverdiyev (Qala İdman Klubu)
3. Zelim Tçkayev (Neftçi İdman Klubu)
3. Kərim Allahverdiyev (Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu)

Qeyd edək ki, dekabrın 9-na qədər davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq azarkeşsiz keçirilir.