22:03 08-12-2021
news_image
242
FUTBOL

Ölkə çempionu olan klubların SİYAHIsında dəyişiklik

Dünyanın ən çox ölkə çempionu olan klublarının siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Penyarol” 51-ci dəfə Uruqvay çempionu adını qazanıb.

Montevideo təmsilçisi bu göstəricidə dünya üçüncülüyə şərik çıxıb. “Penyarol” Şotlandiyada 51 qızıl medal qazanan “Seltik”ə çatıb.

Düzdür, uruqvaylıların daha bir mübahisəli çempionluğu da var. 1986 mövsümünün qalibi adını bəziləri “Panyarol”, bəziləri “Nasyonal”a sayırlar.

Mütləq rekord “Linfild”ə məxsusdur. “Reyncers” ikincidir. Ümumilikdə 10 komanda 40 və daha çox qızıl medal qazanıb.

Ən azı 40 dəfə ölkə çempionu olanlar
1. “Linfild” (Şimali İrlandiya) - 55
2. “Reyncers” (Şotlandiya) - 54
3-4. “Seltik” (Şotlandiya) – 51
“Penyarol” (Uruqvay) – 51*
5. “Nasyonal” (Uruqvay) – 49*
6. “Olimpiakos” (Yunanıstan) - 46
7. “Olimpiya” (Paraqvay) – 45
8. “Əl-Əhli” (Misir) - 42
9. “South Çin” (Honkonq) – 41
10. “Olimpiya” (Honduras) - 40
* - mübahisəli çempionluq “Nasyonal”a hesablanıb.