22:30 08-12-2021
news_image
380
TOP OYUNLARI

Yığmamızın oyunlarının TƏQVİMi açıqlandı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin ilkin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının oyunlarının da vaxtı bəlli olub.

Millimiz 2022-ci ildə keçiriləcək turnirə mayın 25-də başlayacaq. C qrupunda yığmamızın ilk rəqibi Macarıstan olacaq.

25 may
Azərbaycan - Macarıstan

28-29 may
Ukrayna – Azərbaycan

1 iyun
Azərbaycan - Rumıniya

4-5 iyun
Rumıniya – Azərbaycan

8 iyun
Azərbaycan – Ukrayna

11-12 iyun
Macarıstan – Azərbaycan

Qeyd edək ki, qrup qalibi “Dördlər finalı”na yüksələcək. Həlledici raundun ev sahibi olacaq Ukrayna 1-ci yeri tutsa, ikinci pillədə qərarlaşan komanda medallar uğrunda mübarizə aparacaq.