16:44 08-12-2021
news_image
159
FUTBOL

Levandovski karyerasını “Bavariya”da bitirə bilər – prezident açıqladı

“Bavariya” hücumçusu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi ulduz futbolçuya bununla bağlı təklif edəcək.

Bundesliqa çempionunun prezidenti Herbert Hayner Polşa millisinin üzvü ilə anlaşmanı uzatmağa hazır olduqlarını açıqlayıb. O, forvardın karyerasını “Bavariya”da bitirməsini arzulayıb: “Robert karyerasını burada bitirsə, çox şad olaram. Bir şey aydındır: “Bavariya”da hamımız onu çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, Levandovskinin Münhen klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.