17:29 08-12-2021
news_image
207
FUTBOL

Xaviyə əvəzləyici tapıldı

Qətərin “Əl-Sədd” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Barselona”nın sükanı arxasına keçən Xavini digər ispaniyalı mütəxəssis əvəzləyib.

Asiya təmsilçisini Xavi Qrasiya çalışdıracaq. Onun son klubu “Valensiya” olub. Mütəxəssis bu ilin mayında uğursuz nəticələr üzündən vəzifəsindən azad edilib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2004-cü ildən başladığı məşqçilik karyerasında 12 müxtəlif komandada çalışıb.