18:27 08-12-2021
news_image
227
FUTBOL

“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşdi

“Leypsiq”in yeni baş məşqçisinin adı məlum olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunu Domeniko Tedesko çalışdıracaq.

“Şalke” və “Spartak”dakı fəaliyyəti ilə tanınan mütəxəssislə 2024-cü ilədək müqavilə imzalanacaq. O, Cessi Marşın istefasından sonra boş qalan postu tutacaq.

Qeyd edək ki, Leypsiq təmsilçisi 18 xalla Bundesliqanın turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.