22:25 08-12-2021
news_image

Daha 4 çəkidə ən güclü cüdoçular bilindi

Cüdo üzrə Azərbaycan kuboku davam edir.

Apasport.az saytının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə daha 4 çəkidə mükafatçılar bəlli olub.

Dekabrın 9-da başa çatacaq turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq, azarkeşsiz keçirilir.
 
Qadınlar
52 kq

1. Əliyeva Səbinə (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)
2. Məmmədova Zeynəb (2012 Cüdo Klubu)
3. Qasımova Fidan (Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu)
3. Bayramova Ülviyyə (Neftçi İdman Klubu)

70 kq
1. Həsənli Günel (Zirvə İdman Klubu, Abşeron)
2. Ağayeva Südabə (Atilla İdman Klubu)
3. Əliyeva Nəzrin (Şahin İdman Klubu)

Kişilər
66 kq

1. Hüseynov Kəramət (Qəbələ İdman Klubu, Bakı)
2. Əliyev Tofiq (Gəncə şəhəri)
3. Nəcəfov Yaşar (Neftçi İdman Klubu)
3. İbrahimov İsmayıl (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)

90 kq
1. İsmayılov Rüfət (2012 Cüdo Klubu)
 2. Bağırov Əjdər (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Bakı)
 3. Abdullayev Coşqun (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
 3. Talıbov Vüqar (Neftçi İdman Klubu)