23:13 08-12-2021
news_image
270
FUTBOL

Patrik Andrade: “Bütün fikrimiz “Bazel”lə matçla bağlıdır”

“Son çempionat oyunundan sonra bütün fikrimiz “Bazel”lə matçla bağlıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade deyib.

Kabo-verdeli yarımmüdafiəçi konfrans Liqasının “Bazel”lə matçı ərəfəsində mətbuat konfransında iştirak edib. Afrikalı futbolçu görüş barədə fikirlərini açıqlayıb: “Yaxşı hazırlıq keçmişik. Hər iki komandadan yaxşı oyun gözləyirəm. Hazırlıq baxımından hər şey, analiz etmişik. Sabahkı matça hazırıq ki, yaxşı oyun göstərək”.