12:19 09-12-2021
news_image
149
DİGƏR NÖVLƏR

Azərbaycanlı hakimlər fəxri ad aldı

Gimnastika növləri üzrə ixtisaslaşmış bir sıra Azərbaycan hakimləri “Avropa Gimnastikasının fəxri hakimi” adına layiq görülüblər.

Apasport.az saytı xəbər verir ki, Avropa Gimnastikasının məlumatına əsasən sözügedən fəxri ada layiq görülmüş hakimlər sırasında bədii gimnastika, kişi idman gimnastikası və tamblinq üzrə təmsilçilərimiz yer alıb.

Bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.

Qeyd edək ki, “Fəxri Hakim” mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürüb. Bu mükafat ən azı üç Olimpiya dövrü ərzində Avropa Gimnastikasına aid yarışların uğuruna töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.

Fəxri hakim adına layiq görülmüş bütün şəxslərə diplom və yaxa nişanı təqdim olunacaqdır.