15:42 10-12-2021
news_image
196
FUTBOL

UEFA Şahruddin Məhəmmədəliyevi fərqləndirdi - VİDEO

UEFA Konfrans Liqasının tvitter səhifəsi vasitəsilə növbəti maraqlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu qrup mərhələsinin son turunun ən yaxşı 4 qapıçı seyvini fərqləndirib.

Yüz faizlik qola mane olan qolkiperlər arasında “Qarabağ”ın 1 nömrəsi Şahruddin Məhəmmədəliyev də var. Onun “Bazel”lə səfər matçında rəqibin hücumçusu Artur Kabralın zərbəsinə möhtəşəm reaksiyası ən gözəl 4 seyvindən biri olub.

“Dörd möhtəşəm seyv. Hansını bəyəndiniz?”, - postu ilə verilən sorğuda Kamil Qrabara (“Kopenhagen”), Marko Zalokar (“Mura”) və Frederik Rönnounun (“Union Berlin”) qurtarışları göstərilib.

Qeyd edək ki, “Bazel”ə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” 11 xalla H qrupunda ikinci yeri tutub və pley-offa vəsiqə qazanıb.