19:11 12-12-2021
news_image
237
DİGƏR NÖVLƏR

Ferstappendən ilk çempionluq - “Mersedes” pilotlarının hegemonluğuna son

“Formula-1”də 2021-ci il mövsümünün çempionu bəlli olub.

Apasport.az saytının məlumatına görə, titula Maks Ferstappen yiyələnib.

“Red Bull”un niderlandlı pilotu karyerasında ilk dəfə “Formula-1”in çempionu adını qazanıb. 24 yaşlı idmançı Abu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yerin sahibi olub – 395,5 xal. 2-ci olan Lüis Hamilton mövsümü də eyni pillədə bitirib – 387,5 xal. Onun “Mersedes”dəki komanda yoldaşı Valtteri Bottas 3-cü yeri tutub – 230 xal.

Bununla da Maks “Mersedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.

Qeyd edək ki, mühəndislər kubokunda “Mersedes” qalib olub.