10:19 14-12-2021
news_image
122
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatında 5 medal

Şahmat üzrə məktəblilər arasında Avropa çempionatına yekun vurulub. 

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, koronavirus pandemiyasına görə onlayn keçirilən turnirdə Azərbaycan şahmatçıları 5 medal qazanıb.

13 yaşlı qızların yarışında Nərmin Abdinova final görüşündə 1,5:0,5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Daha bir şahmatçımız - 15 yaşlı oğlanların qrupunda fərqlənib. Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd 10 yaşlı oğlanlar arasında gümüş medal qazanıb.

11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva 3-cü nəticə göstərərək bürünc medal əldə edib.

Qeyd edək ki, ümumilikdə, final mərhələsində 9 şahmatçımız mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.