12:12 14-12-2021
news_image
548
TOP OYUNLARI

Basketbol Federasiyasında 22 ildən sonra prezident dəyişdi – yeni rəhbər seçildi

Azərbaycan Basketbol Federasiyasının (ABF) seçki konfransı keçirilib. 

Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra ABF-in prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Ardınca federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev quruma yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək. 

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev federasiyanın Rəyasət Heyətinə üzv seçiliblər.

Qeyd edək ki, 1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi.