Azərbaycan millisi tarixində 3-cü dəfə Millətlər Liqasında çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız əvvəlki iki turnirdə 9 qol vurub.
Komandamızın qollarına 7 futbolçu imza atıb. Yığmamızın qol ümidləri arasında legionerlər ön sıralardadır.
Dmitri Nazarovla Riçard Almeyda hərəyə 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 5 oyunçumuz isə bir dəfə fərqlənib.
Uzun müddətdir millidən kənar qalan Nazarovla Almeydadan fərqli digər qol müəllifləri yığmaya çağırılmaqda davam edir. Onların Millətlər Liqasının 3-cü mövsümündə bombardirlərə çatmaq imkanları var.
Millətlər Liqasında qol vuran futbolçularımız
1-2. Dmitri Nazarov - 2
1-2. Riçard Almeyda - 2
3-7. Maksim Medvedev - 1
3-7. Mahir Emreli - 1
3-7. Ramil Şeydayev - 1
3-7. Təmkin Xəlilzadə - 1
3-7. Araz Abdullayev - 1
Qeyd edək ki, Azərbaycan millisi C liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Gürcüstan – Moldova cütünün qalibi ilə mübarizə aparacaq. Qrupun oyunları gələn ilin iyun və sentyabr aylarında keçiriləcək.