09:59 16-12-2021
news_image

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. 

Apasport.az saytının məlumatına görə, yığmamızın yarışdakı yeganə idmançısı Mirşərif Kazımzadə ilk gündə rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz moldovalı Vlad Qavriluçla üz-üzə gəlib. Kazımzadə rəqibini 2:1 (29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gələcək. 

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.