11:01 19-12-2021
news_image
178
DİGƏR NÖVLƏR

13 rayon və şəhərin məşqçiləri Qəbələyə toplaşır

Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə Qəbələdə seminar keçiriləcək.

Apasport.az xəbər verir ki, dekabrın 20, 21 və 22-ni əhatə edəcək üç günlük seminarda 13 rayon və şəhərdən məşqçilər iştirak edəcəklər.

Seminarda məşqçilərə nəzəri və praktiki dərslər keçiriləcək. Seminarın sonunda iştirakçılara sertifikatla yanaşı, dəstək məqsədilə federasiya tərəfindən toplar təqdim ediləcək.