22:36 19-12-2021
news_image
749
FUTBOL

Mahir Emrelinin komandası evdə darmadağın oldu

Polşa Ekstraklasasında XIX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son oyunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” meydana çıxıb.

Varşava təmsilçisi doğma arenasında yuxarı pillələrdə qərarlaşan “Radomyak”la qarşılaşıb. Azarkeşlərin hücumu nəticəsində başından xəsarət alan Emreli ötən turda olduğu kimi, bu dəfə də iştirak ərizəsində olmayıb. Görüş isə qonaqların qələbəsi ilə yekunlaşıb. Səfərdə rəqib qapısından 3 cavabsız top keçirən Radom təmsilçisi (3:0) turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Bu yenilgidən sonra 15 xalda qalan “Legiya” 18 komanda arasında 17-ci yerə düşüb.