13:21 20-12-2021
news_image
501
FUTBOL

2021-ci ilin ən mühüm rekordları – Ronaldoda 7, Messidə 3

2021-ci ildə dünya futbolunda qeydə alınmış rekordlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində təkrarlanan və yenilənən ən önəmli rekordları sıralayıb.

Kriştiano Ronaldo üçün bu il xüsusilə əlamətdar olub. Portuqaliyalı superulduz ən vacib iki dünya rekorduna sahib çıxıb – millidə və ümumilikdə peşəkar səviyyədə qol sayı.

Ən çox rekordu qırılan isə əfsanəvi braziliyalı Pele olub. Futbol kralı 4 zirvəni əldən verib. 

Yeni rekordçu

Zona

Rekord

Əvvəlki rekord

İndiki rekord

Əvvəlki rekordçu

Lionel Messi 

Dünya

Bir klubda qol sayı (Barselona)

646

672

Pele (Santos)

Kriştiano Ronaldo 

Dünya

Ümumi qol

766

802

Pele

Kazuyoşi Miura

Dünya

50-dən yuxarı yaşda ilk futbolçu

 

 

 

Lionel Messi 

Dünya

Bir liqada qol (İspaniya)

469

474

Pele (Paulista)

Cud Bellingem

Avropa

Avropada ən gənc oyunçu

17 yaş 349 gün

17 yaş 349 gün

Jetro Villems 

Kriştiano Ronaldo 

Avropa

Avropa çempionatında iştirak

5 dəfə

 

 

Kriştiano Ronaldo 

Avropa

Avropa çempionatında qol

10

14

Mişel Platini

Kriştiano Ronaldo 

Avropa

Bir mövsümdə qol (seçmə mərhələ daxil)

16

16

Davor Şuker

Kriştiano Ronaldo 

Dünya

Millidə qol

109

115

Ali Dai

İtaliya millisi

Dünya

Məğlubiyyətsiz seriya

36

37

Braziliya, İspaniya

Lionel Messi 

Cənubi Amerika

Millidə qol

78

80

Pele

Ronni Brunsviyk

Dünya

Beynəlxalq oyunlarda ən yaşlı futbolçu

60 yaş 198 gün

60 yaş 198 gün

Corc Vea

Kriştiano Ronaldo 

Avropa

Millidə oyun

181

184

Serxio Ramos 

Kriştiano Ronaldo 

Avropa

Avropa klub yarışlarında oyunlar

187

189

İker Kasilyas