14:31 20-12-2021
news_image
304
FUTBOL

14 turda 13 penalti: İntizamsız “Sumqayıt”

Azərbaycan Premyer Liqasının ilk 14 turunda 13 penalti təyin olunub.

Apasport.az saytının məlumatına görə, bu zərbələrdən 11-i dəqiq olub.

Yalnız iki penalti qolla nəticələnməyib. Dəqiqlik faizi 84,6-ya bərabərdir.

Səkkiz klubdan altısı 11 metrlik cərimə zərbəsi vurmaq imkanı qazanıb. Yalnız “Sabah”la “Sumqayıt” belə şans əldə etməyib.

“Qarabağ” hamıdan çox belə zərbə vursa da, bir imkanı boşa verib. “Keşlə” isə liderlə eyni sayda qolu penaltidən vurub. Hər iki komanda üç dəfə belə sevinib.

Penalti vuran komandalar: “Qarabağ” – 4 (1 qeyri-dəqiq), “Keşlə” – 3, “Qəbələ”, “Zirə” – 2, “Səbail” – 1, “Neftçi” 1 (1), “Sabah”, “Sumqayıt” - 0

Premyer Liqada yalnız bir klubun qapısına penalti təyin olunmayıb. Hakimlərin sərt cəzasından qaçan “Keşlə”dir.

Öz cərimə meydanında ən çox intizamsızlıq edən isə “Sumqayıt”dır. Çempionatın uğursuzlarından biri olan “Gənclik şəhəri” təmsilçisi 5 dəfə cəzalanıb.

Penalti ilə cəzalanan komandalar: “Sumqayıt” – 5 (1), “Neftçi” – 3, “Qəbələ” – 1 (1), “Qarabağ”, “Zirə”, “Sabah”, “Səbail” – 1, “Keşlə” - 0

Mövsümün ilk yarısında 7 futbolçu penalti zərbəsi vurub. Onlardan üçü rekord sayda – 3 dəfə ağ nöqtəyə yaxınlaşıb. Felipe Santosun bütün zərbələri dəqiq olubsa, Filip Ozobiç bir xətaya yol verib.

Penalti vuran futbolçular: Felipe Santos (“Keşlə”) – 3, Filip Ozobiç (“Qarabağ”) – 3 (1), İsnik Alimi (“Qəbələ”), Təmkin Xəlilzadə (“Zirə”) – 2, Maksim Medvedev (“Qarabağ”), Rauf Əliyev (“Səbail”) – 1, Emin Mahmudov (“Neftçi”) – 1 (1).