14:44 20-12-2021
news_image
165
FUTBOL

Messi haqda: “Bunu müzakirə edirsənsə, futboldan heç nə anlamırsan”

“Messi əfsanədir, buna şübhə edə bilmərik”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin idman direktoru Leonardo komandanın aparıcı futbolçularından olan Lionel Messi haqda danışarkən deyib.

Klub rəsmisi argentinalının ilk 6 ayda Paris klubundakı çıxışını yüksək qiymətləndirib: “Messinin səviyyəsini müzakirə edirsənsə, deməli, futboldan heç nə anlamırsan. Statistikaya baxsanız, onun ilk altı ayının inanılmaz olduğunu görərsiniz. Çünki Messi və Mbappe, demək olar ki, bütün qollarda iştirak ediblər. O, həlledici və açar oyunçudur.

Leonardo oyunlarda çox qaçmadığı üçün tənqid olunan Leonu müdafiə edib: “Kim deyir ki, hər oyunda 12 kilometr qaçmalıdır? O, 20 il eyni üslubda oynayıb. Ətrafında yeni oyunçular olduqda dəyişir. Amma o, dahi olduğu üçün uyğunlaşır, digər ulduzlarımız da ona asanlıqla uyğunlaşır”.

Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında “Barselona”dan keçib.