14:58 20-12-2021
news_image
196
FUTBOL

Tur təxirə salına bilər - SƏBƏB

İngiltərə Premyer Liqasında çıxış edən klubların nümayəndələri bu gün koronavirusla bağlı vəziyyəti müzakirə etmək üçün bir araya gələcək.

Apasport.az saytının məlumatına görə, iclasda futbolçularının peyvənd olunmaları, koronavirus protokolları, təxirə salınmış oyunlar və onların yeni tarixləri barədə fikir mübadiləsi aparılacaq.

Premyer Liqa rəhbərliyi peyvənd olunmayan oyunçuların maaşlarının kəsilməməsinə qərar verib, lakin iclasda buna qarşı digər sərt tədbirlər müzakirə olunacaq. Hətta peyvənd olunmuş futbolçuların məcbur olmadıqca digərləri ilə ünsiyyəti qadağan edilə bilər. Peyvənd olunmayanlar üçün ayrı paltardəyişmə otağının təşkili, hətta səfərlər zamanı onların digərləri ilə eyni nəqliyyat vasitəsində yola çıxmaması ilə bağlı qərar da verilə bilər.

Bundan başqa, Premyer Liqada dekabrın 28-30-u aralığında keçiriləcək XX tur matçlarının təxirə salınması da gündəmdədir.

Qeyd edək ki, koronavirusa kütləvi yoluxma səbəbindən Premyer Liqanın XVII turunun 3, XVIII turunun isə 6 oyunu təxirə salınıb.