00:00 21-12-2021
news_image
788
FUTBOL

“Qarabağ” yalnız “Mançester Siti”dən geri qalır

Avropanın “böyük beşlik” ölkələrində cari mövsüm ən az qol buraxan komandaların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda Premyer Liqa, La Liqa, A seriyası, Liqa1 və Bundesliqada ən az top buraxan 15 klubun adı yer alıb.

Cədvələ Premyer Liqanın lideri “Mançester Siti” başçılıq edir. Geridə qalan 18 matçda cəmi 9 top buraxan “şəhərlilər” orta hesabla iki oyundan bir qapısında 1 top görüb. İkinci sırada İngiltərənin digər təmsilçisi “Çelsi” qərarlaşıb. Londonlular hər matçda orta hesabla 0,66 qol buraxıb. İlk “üçlüy”ü isə “Çelsi” ilə eyni göstəriciyə malik olmasına baxmayaraq, “zadəganlar”dan bir oyun az keçirən “Sevilya” qapayıb.

Ümumilikdə “15-lik”də İngiltərə və Fransanın 4, İspaniyanın 3, İtaliya ilə Almaniyanın isə 2 klubu yer alıb. Fransızlar arasında ən yaxşı göstərici “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”ə məxsusdur.

Müqayisə aparsaq, “Qarabağ”ın “top-5” liqa klubları arasında yalnız “Mançester Siti”dən geri qaldığını görərik. Premyer Liqamızın ilk yarısını zirvədə tamamlayan Ağdam təmsilçisi 14 görüşdə 8 dəfə mərkəzə dəvət edilib. Qurban Qurbanovun yetirmələri orta hesabla hər matçda 0,57 qol buraxıb.

1. “Mançester Siti” - 18 oyunda 9 qol
Orta hesabla hər oyunda: 0,5 qol

2. “Çelsi” – 18 oyunda 12 qol
Orta hesabla hər oyunda: 0,66

3. “Sevilya” – 17 oyunda 12 qol
Orta hesabla hər oyunda: 0,70
 
4. “Napoli” – 18 oyunda 13 qol
Orta hesabla hər oyunda: 0,72
 
5-6. “Atletik” – 18 oyunda 14 qol
Orta hesabla hər oyunda: 0,77

“Vulverhempton” - 18 oyunda 14 qol
Orta hesabla hər oyunda: 0,77
 
7. “Marsel” – 17 oyunda 14 qol
Orta hesabla hər oyunda: 0,82

8-10. “İnter” – 18 oyunda 15 qol
Orta hesabla hər oyunda: 0,83
 
“Liverpul” – 18 oyunda 15 qol
Orta hesabla hər oyunda: 0,83

“Real” – 18 oyunda 15 qol
Orta hesabla hər oyunda: 0,83

11-13. PSJ - 18 oyunda 16 qol
Orta hesabla hər oyunda: 0,88

“Renn” - 18 oyunda 16 qol
Orta hesabla hər oyunda: 0,88

“Nitsa” - 18 oyunda 16 qol
Orta hesabla hər oyunda: 0,88

14-15. “Bavariya” - 17 oyunda 16 qol
Orta hesabla hər oyunda: 0,94

“Frayburq” – 17 oyunda 16 qol
Orta hesabla hər oyunda: 0,94