18:43 20-12-2021
news_image
307
FUTBOL

“Real” azad agent arzusunda

“Bavariya”nın yarımmüdafiəçisi Korentin Tolisso karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu “Real”ın hədəfindədir.

İspaniya nəhəngi yayda müqaviləsi başa çatacaq Tolissonu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Eyni yolla “Bavariya”dan David Alabani ələ keçirən “Real” yenə xərcə düşmədən güclənməyi düşünür.

Qeyd edək ki, Tolisso 2017-ci ildə “Lion”dan “Bavariya”ya 41,5 milyon avroya transfer olunub.