23:23 20-12-2021
news_image
295
FUTBOL

Daim ehtiyatda - ADLAR

Premyer Liqada mövsümün ilk yarısında 4 futbolçu bütün oyunlarda protokola daxil edilsə də, meydana çıxmayıb.

Apasport.az saytının məlumatına görə, bu oyunçuların hamısı qapıçılardır.

Bütün qarşılaşmaları texniki zonadan izləyən oyunçular fərqli klubları təmsil edir. Daim ehtiyatda qalanlardan yalnız Anar Nəzirov (“Zirə”) Premyer Liqa təcrübəsinə malikdir.

Digər üç ehtiyat oyunçu isə hələ debüt etməyib. Əkpər Vəliyev (“Keşlə”), Elməddin Sultanov (“Qəbələ”) və Hüseynəli Quliyevdir (“Sumqayıt”).