10:25 21-12-2021
news_image
299
DİGƏR NÖVLƏR

Azərbaycan 8 pillə irəlilədi - beynəlxalq yarışların nəticələrinə əsasən

Ölkələrin qlobal reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, beynəlxalq yarışların nəticələrini özündə əks etdirən cədvəldə uğur qazanan 133 ölkə yer alıb.

Azərbaycan planetin 38-cisidir. Aktivində 470 xal olan ölkəmiz 8 pillə irəliləyib. 

İdmançılarımız Avropada 23-cü sırada qərarlaşıb. 

Azərbaycan 7 idman növündə xal toplamağı bacarıb. Karateçilərimiz daha çox – 148 xal yığıblar. Boks və yunan-Roma güləşi ikinci sıraya şərikdir – hərəsi 87 xal. Sərbəst güləş və cüdonun hərəsində 65, bədii gimnastikada 10, tamblinqdə 8 xal əldə olunub.

Qeyd edək ki, cədvələ ABŞ başçılıq edir – 7052 xal. Yaponiya (4200) ikinci, Fransa (3824) üçüncüdür.