14:42 21-12-2021
news_image
184
DİGƏR NÖVLƏR

Azərbaycan Triatlon Federasiyasında yeni prezident

Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Triatlon Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. Elçin Əliyev federasiyanın yeni prezidenti seçilib.

O, bu postda Azər Məhərrəmovu əvəzləyib.

Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrinin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.

Sonda Elçin Əliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, 59 yaşlı federasiya prezidenti AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəridir.