10:05 22-12-2021
news_image
289
FUTBOL

“Sabah”dan ayrılması qazaxıstanlıları ümidləndirdi

Premyer Liqada qış fasiləsi yaranan kimi “Sabah”dan ayrılan qapıçı Saşa Stamenkoviçin yeni komandası müəyyənləşmək üzrədir.

Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, 36 yaşlı qolkiper karyerasını bu ölkədə davam etdirməyə hazırlaşır.

Çünki “Okjetpes”in sabiq üzvünü “Aktobe” heyətinə cəlb etməkdə israrlıdır. Hələ “Sabah”da olarkən serbiyalıya təklif göndərən klub rəhbərliyi yenidən onunla təmasa keçib. Qapı xəttində dəyişikliklər edəcək “Aktobe” üçün ilk namizəd olan Saşanın azad agent olması qazaxıstanlıları ümidləndirir.

Qeyd edək ki, 2016/17-ci illərdə “Okjetpes”in formasını geyinən Saşa Stamenkoviç 2018-ci ildən indiyə qədər “Sabah”ın şərəfini qoruyub.