22:39 22-12-2021
news_image
310
FUTBOL

Mendiyə 7-ci ittiham - daha bir zorlama faktı

“Mançester Siti”nin futbolçusu Bencamin Mendiyə qarşı daha bir zorlama faktı ilə bağlı ittiham irəli sürülüb.

Apasport.az saytının məlumatına görə, bununla da müdafiəçinin günahlandırıldığı zorlamaların sayı 7-yə çatıb.

Mendi bu ilin avqustundan həbsdədir. Onun məhkəməsi 2022-ci ilin yanvarına planlaşdırılsa da, qeyri-müəyyən müddətə uzadılıb.

Qeyd edək ki, məhkəmə Mendinin zaminə buraxılması barədə müraciətlərini üç dəfə imtina edib.