18:03 22-12-2021
news_image
145
STOLÜSTÜ OYUNLAR

Memorialının iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət etdilər - FOTOSESSİYA

"Vüqar Həşimov Memorialı-2021"in iştirakçıları dekabrın 22-də Fəxri Xiyabanda qrossmeyster Vüqar Həşimovun məzarını ziyarət ediblər. 

Apasport.az saytının məlumatına görə, ziyarətdə turnirin iştirakçıları, Təşkilat Komitəsinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili və media nümayəndələri iştirak ediblər.