10:39 23-12-2021
news_image
231
DİGƏR NÖVLƏR

AMADA 5 ildə 6260 dopinq testi həyata keçirib

“AMADA-nın yaranmasının 5 illiyini qeyd edirik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

AMADA rəsmisi bildirib ki, qurum 5 illik fəaliyyətlə bağlı ümumi rəqəmləri açıqlayıb: “Son 5 ildə 6260 dopinq testi həyata keçirilib. Bunlardan 5400-ü milli test proqramı əsasında olub. AMADA ümumilikdə 76 antidopinq qayda pozuntusu aşkarlayıb”.