10:47 23-12-2021
news_image
266
DİGƏR NÖVLƏR

11 idman növündə 19 qayda pozuntusu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci il ərzində 1588 test götürüb.

Apasport.az saytının məlumatına görə, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

Bunlardan 1450-si milli test proqramı əsasındadır. Müsabiqə zamanı 558 test imtahanı keçirilib. Sınaqların 88 faizi Bakıda, 12 faizi isə respublikanın regionlarında aparılıb. Yetkinlik yaşına çatmayan idmançılardan 384, paralimpiyaçılardan 26 test götürülüb.

İl ərzində 11 idman növündə 19 iş üzrə icraat aparılıb ki, onlardan 6 iş ötən il, 13 iş bu il qəbul olunub. Ümumilikdə 9 qərar qəbul edilib. 18 halda idmançılar anabolik steroidlər qəbul ediblər. Bir idmançı antidopinqdən bəraət aldığından, onun məsələsinə xitam verilib. 18 qayda pozuntusundan ən çox pozuntu paurliftinqdə qeydə alınıb - 5. Güləş, velosiped və basketbolda 2, para-atletikada, futbol, sambo, karate, boks, cüdo və para-cüdoda 1 qayda pozuntusu olub. Bu il icraatda olan işlərdən basketbol, futbol və sambo idman növləri üzrə hər biri 1 iş olmaqla 3 iş üzrə qərar verilib. Basketbol və samboda sanskiya qərarı qəbul edilib, futboldakı iş üzrə isə xitam qərarı verilib.

50 məkan məlumatı xətası aşkarlanıb. AMADA-nın tədqiqat şöbəsi 368 araşdırma aparıb. Qurumun əməkdaşları bu il 23 yerli, 7 beynəlxalq səviyyəli yarışda iştirak edib. Tokio-2020 Yay Olimpiya Oyunlarında da AMADA-nın iki əməkdaşı dopinq-testlərdə iştirak edib.

Tədqiqat üçün AMADA-ya daxil olan məlumatların 12 faizi qurumun elektron ünvanı vasitəsilə, 65 faizi rəsmi saytda anonim məlumat formasında əldə edilib.