13:23 23-12-2021
news_image

İBA prezidenti boksçularla görüşdü

Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyovun Azərbaycana səfəri davam edir.

Apasport.az saytının məlumatına görə, dekabrın 22-də Bakıya gələn rusiyalı idman funksioneri bu gün Azərbaycan mütəxəssisləri, məşqçilər və idmançılarla görüşüb.

Tədbir Azərbaycan Boks Federasiyasının (ABF) Boks Mərkəzində baş tutub.

İBA rəhbəri boksçulara idman geyimləri, dəbilqə, əlcək və digər ləvazimatlar hədiyyə edib. Tədbir Kremlyovun jurnalistlər üçün brifinqi ilə yekunlaşıb.