00:41 24-12-2021
news_image
273
FUTBOL

“Arsenal” “Barselona”nın müdafiəçisinə göz dikdi

Daha bir klub “Barselona”nın müdafiəçisi Serjinyo Destin xidmətində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, “Bavariya”dan sonra “Arsenal” da gənc oyunçunu heyətində görmək niyyətindədir.

Həmçinin kataloniyalılar da 21 yaşlı cinah oyunçusunu satmağın əleyhinə deyil. İspanlar Destin satışından təxminən 30-35 milyon avroluq gəlir götürməyi hədəfləyib.

Qeyd edək ki, Serjinyo Dest bu mövsüm 16 oyun keçirib, 3 məhsuldar ötürmə verib.