16:06 23-12-2021
news_image

Azərbaycanlı hakimlərin kateqoriyası yüksəldi

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin 2022-ci il üçün kateqoriyalarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan referilərinin bir neçəsinin kateqoriyası yüksəlib.

Onlardan Tural Əliyev I, Bəşir İsazadə və Həbib Nurulu II, Eldar Bayramov isə III dərəcəli beynəlxalq kateqoriya alıb.

Qeyd edək ki, UWW yanvarda güləş hakimliyində ən yüksək kateqoriya sayılan I-S (olimpiya) dərəcəsinə yüksələn ədalət təmsilçilərinin adını açıqlayacaq. Hazırda I dərəcədə olan 5 hakimimiz olimpiya kateqoriyasına yüksəlməyə namizədlər sırasındadır.