13:45 24-12-2021
news_image
1021
TOP OYUNLARI

Natalya Məmmədovaya fəxri ad verildi

Qadınlardan ibarət Azərbaycan millisinin uğurlarında pay sahibi olan 8 voleybolçuya fəxri ad verilib.

Apasport.az saytının məlumatına görə, uzun illər yığma və klub səviyyəsində çıxış edən oyunçular əməkdar idman ustası adı ilə təltif olunub.

Bunlardan üçü voleybolçu karyerasını başa vuranlardır. Natalya Məmmədova, Aynur Kərimova, Ceyran İmanova artıq karyeralarını yekunlaşdırıblar.

İdman ustası adı alanlar arasında Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abdulazimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva da var.