Avropa yığmalarının 2021-ci ildəki qələbə reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkənin millisi əldə olunan qalibiyyət faizinə əsasən sıralanıb.
Azərbaycan millisi 2021-ci ildə keçirdiyi 13 matçda cəmi 1 qələbə qazanıb. Canni de Byazinin yetirmələri oyunların yalnız 15,4 faizində qalib gəlib.
Bu, Avropada 50-ci göstəricidir. Yığmamız yalnız 5 komandadan öndədir.
Moldova 12,5, Litva 11,6, Cəbəllütariq və Lixtenşteyn 4,2 faizlik qələbə faizinə malikdir. San-Marino isə 2021-ci ildə qalıb gəlməyib. Millimiz Andorra, Kipr, Farer adaları, Estoniya kimi ölkələrdən geri qalır.
Qeyd edək ki, 2021-ci ilin ən yaxşısı İngiltərədir. 19 oyun keçirən futbolun yaradıcıları 15 dəfə qalib gəlib. Bu, 89,5 faizə bərabərdir.