00:00 27-12-2021
news_image
243
FUTBOL

Millinin baş məşqçisinə icazə verilmədi – postunu tərk etməyə

Polşa millisinin baş məşqçisi Paulu Souza postunu tərk etmək üçün yerli futbol ittifaqına müraciət edib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Sezari Kuleşa açıqlayıb.

O bildirib ki, 51 yaşlı portuqaliyalı müqaviləyə xitam verilməsini xahiş edib. Qurum başçısı bu addımı həddən artıq məsuliyyətsiz sayıb və Souzaya postundan ayrılmasına icazə verməkdən imtina edib.

Portuqaliyalı Braziliya təmsilçisi “Flamenqo”nun sükanı arxasına keçmək istəyir. Polşa yığmasını isə DÇ-2022-nin martda keçiriləcək Rusiya ilə pley-off matçı var.