12:27 31-12-2021
news_image
389
TOP OYUNLARI

Millimiz üçün TƏQVİM

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının oyunlarının vaxtı müəyyənləşib.

A qrupunda mübarizə aparacaq millimiz iki rəqiblə üz-üzə gələcək. İlk oyununda Macarıstanı qəbul edəcək komandamız ardınca Finlandiyanın qonağı olacaq.

Millimiz ikinci dövrəyə şimallılarla ev matçı ilə başlayacaq. Son turda Macarıstanın qonağı olacaq yığmamız 4 görüş keçirəcək.

Gümüş Avropa Liqası
A qrupu
I tur, 28-29 may

Azərbaycan – Macarıstan
II tur, 1 iyun
Finlandiya – Macarıstan
III tur, 4-5 iyun
Finlandiya – Azərbaycan
IV tur, 11-12 iyun
Azərbaycan – Finlandiya
V tur, 15 iyun
Macarıstan – Finlandiya
VI tur, 18-19 iyun
Macarıstan - Azərbaycan

Qeyd edək ki, “Dördlər finalı” iyunun 25-26-da keçiriləcək.