10:40 28-12-2021
news_image
1121
FUTBOL

“Qarabağ”ın rəqibi ulduz futbolçu transfer edir

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Fransa klubu qış fasiləsində ulduz futbolçu transferinə hazırlaşır.

Bubakar Kamaraya görə ciddi təkliflər alan marsellilər yarımmüdafiəçinin satılması təqdirində orta sahədəki boşluğu “İnter”in üzvü Arturo Vidalla doldurmağa çalışacaq. 2012-2016-cı illərdə Çili millisinə rəhbərlik etmiş “Marsel”in baş məşqçisi Xorxe Sampaoli də sabiq yetirməsinin keçidinə qarşı deyil.

Vidalla bağlı yeganə problem aldığı məvacibdir. “İnter”də aylıq maaşı 500 min avro olan 34 yaşlı yarımmüdafiəçinin məbləğdə güzəştə gedib-getməməsi keçiddə həlledici rol oynaya bilər. Onun “neradzurra” ilə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün yanvarda ayrılmağı planlaşdırır.

Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar gələn il fevralın 17-də və 24-də keçiriləcək.